BaşlıcaSiyasətTəhlil

ABŞ bölgəyə qayıdır – Ekspertlər Filip Rikerin səfəri barədə

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Yerevandadır. Ermənistana səfərdən əvvəl Riker Gürcüstan və Azərbaycanda da oldu. ABŞ rəsmisinin səfərinin güqndəliyidi nədir və ABŞ administrasiyası nümayəndələrinin səfərləri ABŞ-ın regional siyasətində dəyişiklik nəzərdə tuturmu?

ABŞ və Avropa bölgəyə qayıdır, regional supergüclərin tək və ya razılaşdırılmış bölüşdürmə hüququnu pozmağa çalışır. Politoloq Robert Qevondyana görə, söz Artsax müharibəsində nəticələri görünən Rusiya-Türkiyə razılaşmalarından gedir. Filip Rikerin öncə Azərbaycana, sonra Ermənistana səfəri, ABŞ-ın bölgəyə digər aktyorların girişini əngəlləyən “təcrid” siyasətini dəyişdirdiyini sübut edir.

Qevondyanın sözlərinə görə, ABŞ üçün Ermənistan da, Azərbaycan da bərabərdir, çünki sonuncunun bölgədə öz maraqları vardır. Bir tərəfdən Ermənistan tələblərinə haq verir və əsirlərin qaytarılmasını tələb edir, digər tərəfdən də 907-ci düzəlişi ilə daha bir il Azərbaycana silah satmağa icazə və imkan verir. Bu iki məsələ də ABŞ maraqlarına cavab verir.

Politoloq Edgar Vardanyana görə isə, heç olmasa açıqlamalar baxımından, ABŞ məsələyə bərabər yanaşmır, çünki qoşunların geri çəkilməsi və əsirlərin geri qaytarılması bəyanatlarının kimə aid olduğu açıq-aşkar görünür. Ancaq, ABŞ həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətləri saxlamağa çalışır.

Politoloqun fikrincə, 9 noyabr bəyanatı Qərbin maraqlarına ziddir, bunun imzalandığı mərhələdə ABŞ-ın keçmiş rəhbərliyinin marağı o qədər də görünmürdü. Amma üçtərəfli bəyanatdakı bəzi maddələrin icrası Qərb üçün önəmlidir.

“Bu məqamlardan biri, məsələn, əsirlərin geri qaytarılması və infrastrukturun açılmasıdır və ABŞ da Azərbaycana daxili və xarici təzyiq göstərməyə çalışacaq, çünki bu məsələdə Rusiya-Türkiyə “ittifaqı” və Qərb arasında Ermənistanın suveren ərazisinin qırmızı bir xətt olduğuna dair bir fikir birliyi olduğu görünür”,-Qevondyan qeyd edib.

Politoloq Edgar Vardanyan deyir ki, Minsk Qrupu formatının bərpası məsələsi də ABŞın regional səfərinin gündəliyindədir. Onun sözlərinə görə, Azərbaycana Minsk Qrupu olmadan məsələnin son həllinin mümkün olmadığını başa düşürəcəklər. Vardanyan deyir ki, blokadadan çıxarmaq məsələsi ilə bağlı də müzakirələr olacaq.

“ABŞ yolların blokadadan çıxarılmasında maraqlıdır, lakin bu prosesin Qərbin maraqlarına zidd olaraq, Rusiya və ya Türkiyənin dominantlığı ilə baş verməməsinə çalışacaq”.

Daha çox göstər
Back to top button