
Səkkizinci çağırış parlamentin ilk iclası avqustun 2-də dəvət olunacaq.
Bu haqda Mərkəzi seçki komissiyasının rəhbəri Tiqran Mukuçyan Mərkəzi Seçki Komissiyasının növbədənkənar iclasında, parlament deputatlarını qeydiyyatı və mandatların verilməsi barədə protocol tərtib etdikdən və MSK bütün üzvüləri tərəfindən imzalanmasından sonra bəyan etdi.
“ER parlamentinin 2021-ci il iyunun 20-də olan növbədənkənar seçkilərlə seçilmiş yeni seçilmiş parlamentdə 2021-ci il avqustun 2-i bazar ertəsi günü saat 10:00 ilk iclas çağırışı günüdür” – deyərək MSK sədri Tiqran Mukuçyan bəyan edib.
Qanuna görə parlament üçün növbədənkənar seçki olması amilində ilk iclasın yeni seçilmiş parlament qurulmasından sonra ikinci bazar ertəsi günü saat 10: 00-da keçiriləcəyini xatırlatdı.
Ermənistanda növbədənkənar parlament seçkiləri 2021-ci il iyunun 20-də keçirilib. Seçki nəticələrinə Konstitusiya məhkəməsində 4 siyasi qüvvə etiraz etdi: “Hayastan” “Pativ unem” blokları, “Zartonk” və “Hayots Hayrenik” partiyaları.
KM iyulun 17-də ER Mərkəzi seçki komissiyasının 2021-ci il iyulun 20-də keçirilən parlament seçkilərinin nəticələri barədə qərarı qüvvədə saxlamağı elan etdi.