
Avropa Xalq Partiyası (AXP) Siyasi Assambleyası çərçivəsində 6-7 sentyabrda Brüsseldə görüş keçirilib. Görüş zamanı üzv ölkələrdə siyasi inkişaflar, eləcə də Əfqanıstan məsələsində üzv ölkələrin mövqeyi və Ermənistan və Belarusiyadakı vəziyyət müzakirə olunub. Bu barədə AXP açıqlamasında deyilir.
“AXP Siyasi Assambelyası Azərbaycanda hələ də saxlanılan erməni əsirləri ilə bağlı məlumatlandırılıb, bu da 9 noyabr üçtərəfli bəyanatı və beynəlxalq humanitar hüququ pozur. Hərbi əsirlərin ön şərt olmadan düzgün şəkildə sərbəst buraxılmasını təmin etmək üçün Avropa institutlarının yeni səylərinə ehtiyac var”.
AXP nümayəndələrinin növbəti konfransı 17-18 noyabrda Roterdamda baş tutacaq.







