
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan tərəfindən bir-birinə qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı müraciətlərinə dair 14-19 oktyabr tarixlərində dinləmələr təyin edib.
Pandemiya ilə əlaqədar olaraq dinləmələr hibrid formatda keçiriləcək. Yəni bəzi hakimlər dinləmələrdə şəxsən iştirak edəcək, digərləri isə videobağlantı vasitəsi ilə əlaqə saxlayacaqlar. Tərəflərin nümayəndələri dinləmələrdə ya şəxsən, ya da videobağlantı ilə iştirak edə bilər.
Xatırladaq ki, Ermənistan sentyabrın 16-da BMT-nin Beynəlxalq Ədliyyə Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq məhkəməyə başlamışdır.







