
İranın Azərbaycana qarşı sərt mövqeyi bir sıra mürəkkəb amillərdən qaynaqlanır, “Zəngəzur Dəhlizi” yaratmaq fikri isə Tehranın səbrini dolduran damla idi. Bunu rusiyalı ekspert, iranşünas Karine Qevorgyan NEWS.am-a müsahibəsində deyib.
O qeyd edib ki, İran dəhliz yaratmaq ideyası ilə bağlı olduqca gərgindir, İranın maraqlarını təhdid etdiyi üçün bu ideyanın həyata keçirilməsinə qarşıdır.
Qevorgyanın qeyd etdi ki, Tehran Ermənistan tərəfinin maraqları ilə üst-üstə düşən öz maraqları uğrunda mübarizə aparır. İranın mövqeyinin sərtləşməsinin digər səbəbi Azərbaycanın pantürkləşməsidir. Bundan başqa, bir il əvvəl, Qarabağ müharibəsi zamanı Tehran, Azərbaycan – İsrail müttəfiq əməkdaşlığını gördü, bunun nəticəsində İsrailin pilotsuz uçan aparatları İranda girmişdi.







