
Müşahidə məntəqələrində olan Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağdakı Laçın dəhlizi vasitəsi ilə insanların təhlükəsiz giriş-çıxışını təmin edir. Bu barədə RF Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Monitorinq məntəqələri müasir LED projektorları və fasiləsiz enerji təchizatı ilə təchiz edilmişdir.
“Biz Rusiya sülhməramlı kontingentinin olduğunu göstəririk. Tranzit nəqliyyatın təhlükəsizliyini təmin edirik. Lazım gələrsə, hər bir avtomobil yoxlanılır. Xidmət həm gündüz, həm də gecə aparılır”, – deyə Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi Aleksandr Ripski qeyd edib.
Bütün müşahidə məntəqələri mövcud vəziyyəti izləmək üçün günbəzli xarici müşahidə kameraları ilə təchiz edilmişdir.







