BaşlıcaSiyasət

İranı Türkiyə və Azərbaycanın “Zəngəzur dəhlizi”ni əldə etmək istəyi niyə əsəbləşdirir?

ER Milli Elmlər Akademiyası Arxeologiya İnstitutunun elmi direktoru vəzifəsini icra edən akademik Ruben Safrastyan Sputnik Ermənistan -a Qafqaz bölgəsində Türkiyə ilə İran arasında geosiyasi rəqabətdən danışdı.

Hazırda bölgəmizdə Türkiyə-İran rəqabətinin qızışması qırmızı xətti keçməyəcək, hərbi qarşıdurmaya gəlməyəcək. Akademik Ruben Safrastyan məhz belə düşünür. O, jurnalistlə söhbətində bölgədəki vəziyyəti təhlil edib.

“Türkiyə-İran qarşıdurmasının həmişə təkcə geosiyasi deyil, həm də dini əsası olub, amma son onilliklərdə iki rəqib ölkə, hərbi yol aça biləcək bir kəskinləşmədən qaçaraq ortaq bir dil tapa bilmiş kimi görünürlər.

Bunu hər ikisinin də maraqları sübut edir” – deyərək  akademik-türkoloq qeyd edib

Safrastyana görə, Azərbaycanın İrana qarşı təhqiramiz və həyasız davranışı İranda sürücülərin Ermənistan ərazisində  iranlı sürücülərin həbsləri  İranın sərt  əks təsirinə səbəb oldu.Bu da  kəskinləşmiş  vəziyyətin aydın görünən tərəfidir.

Onun sözlərinə görə, birincisi, bu Qafqaz bölgəsindəki Türkiyə-İran rəqabətidir, digər tərəfdən 44 günlük Artsax müharibəsindən sonra Azərbaycanda rolu artan İsrail faktoru da var  və onun rolu  müharibədən sonra Azərbaycanda daha da artıb.İran isə bunda  böyük təhlükə görür.

“İranın həm də  o məqama  mənfi ynaşır ki, həm Türkiyə həm də  Azərbaycan necə deyərlər “Zəngəzur dəhlizi” barədə danışırlar ki, əslində onun real əsası yoxdur.Ona görə ki,  oxşar proqramın  həyata keçirilməsi amilində İran   türk ərazisinə daxil  olmadan Avropa ilə əlaqə qura bilməz.Odur ki, Fars körfəzi Qara dənizlə bağlayan  meqalayuhəsi  getdikcə aktuallaşır ki, onun istifadəsiylə Hindistan da  maraqlanır”- deyərək  o, qeyd edib.

Safrastyanın sözlərinə görə, Türkiyə Azərbaycanı dəstəklədiyi üçün tarixi şərtlər nəzərə alınmaqla onunla münasibətlər də gərginləşir.

Onun sözlərinə görə, Qafqaz bölgəsində baş verən hər hansı bir qarşıdurma Ermənistan üçün zərərlidir, buna görə də İranla müttəfiq, dost münasibətləri gücləndirməliyik və ehtiyatlı siyasət yürütməliyik.

Xatırladaq ki, Türkiyə bu gün İran yük maşınları üçün bütün keçid məntəqələrini bağlayıb. Türkiyənin İran yük maşınları üçün sərhəd keçidlərini bağlamaq qərarı, türk yük maşınlarının İrana girişinə qoyulan qadağadan sonra baş verib.

İran-Azərbaycan  sərhədində vəziyyət gərgin olduğu üçün İranla Türkiyə arasında ticarət tamamilə dayandırılıb.

Daha çox göstər
Back to top button