BaşlıcaEkonomikaSiyasət

Ümid edirəm ki, yaxın gələcəkdə Fars Körfəzi-Qara dənizi dəhlizi ilə bağlı imzalanmış razılaşmamız olacaq: Ararat Mirzoyan

Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar erməni həmkarı ilə görüşündə İranın Çabahar limanının “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qovşağı kimi istifadə edilməsini təklif edib. Cayşankar bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Cayşankar əvvəlcə qeyd edib ki, birbaşa ünsiyyətin olmaması iki ölkə xalqları arasında təmaslar, iqtisadi və ticarət mübadilələri üçün maneədir.

“Çabahar limanı ətrafında son zamanlarda baş verən müsbət inkişafları, Hindistan-Ermənistan yolunda birbaşa ünsiyyətin qurulmasını, habelə Ermənistandan şimala, Gürcüstandan Rusiyaya və bəlkə də Qara dənizindən Avropaya tranzit transferləri məsələsini müzakirə etdik. Bu, gündəmimizin vacib hissəsidir. 

Fars körfəzi-Qara denizi təşəbbüsünə gəlincə, bu məsələni dünən İran tərəfi ilə müzakirə etdik. Bu müqavilə baxımından hadisələr kifayət qədər dinamik inkişaf edir. Ümid edirəm ki, yaxın gələcəkdə bünunla bağlı imzalanmış razılaşmamız olacaq”,- deyə Mirzoyan qeyd edib. 

Daha çox göstər
Back to top button