BaşlıcaSiyasət

Dəhliz məsələsi müzakirə olunmur: Armen Grigoryan

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan “rusarm.info”ya verdiyi müsahibədə qeyd edib ki, Ermənistan Azərbaycan üçün dəhliz açmaq məsələsini müzakirə etmir.

“Biz dəhliz məsələsini müzakirə etmirik və müzakirə etməyəcəyik. Azərbaycanın dəhlizlə bağlı açıqlamaları Baş nazir müavinlərinin görüşü çərçivəsindən kənardır. “Dəhliz” ifadəsi yalnız Azərbaycanda istifadə olunur, rus tərəfdaşlarımız da bu termindən istifadə etmirlər” , – deyə Grigoryan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan hökuməti kommunikasiyaların açılması istiqamətində çalışır.

“Blokadadan çıxarmaq bir yol açmaq demək deyil, çünki Ermənistan üçün olduğu kimi, Azərbaycan üçün də bir çox yollar açılacaq. Tavuşdan, Syunikdən, Rusiya və Cənubi Asiya ilə əlaqəli olmaq üçün Azərbaycan ərazisinə girə biləcəyik”,- deyə Grigoryan qeyd edib.

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin Moskvada keçirdikləri görüş məhsuldar idi.

Daha çox göstər
Back to top button