BaşlıcaSiyasət

Paşinyan blokun açılması haqqında: “Yollar həmçinin açılmalıdır”

ER Baş naziri Nikol Paşinyan əmindir ki, yolların qarşılıqlı açılması regional təhlükəsizliyə töhfə verəcək və müəyyən təminatlar verəcək.

ER Baş naziri Nikol Paşinyan ER parlamentində hökumətin sual-cavab sessiyası ərzində bəyan edib ki, “dəhliz” məntiqi və onun ətrafında gedən söhbətlər regionda düşmənçilik və gərgin atmosferi daha da dərinləşdirir.

“Məncə, biz  noyabrın 9-da  üçtərəfli bəyanatının 9-cu bəndində açıq şəkildə qeyd etmişik ki, bütün regional iqtisadi və nəqliyyat kommunikasiyaları açılmalıdır.

Biz bu fikri dəstəkləyirik –  deyə  Baş nazir bildirib.

Qeyd edək ki, Azərbaycan hər zaman “Zəngəzur dəhlizi” adlanan yerin açılmasından danışır. Yerevan bildirir ki, söhbət regionda bütün nəqliyyat marşrutlarının qarşılıqlı açılmasından gedir.

“Bu o deməkdir ki, vaxtilə mövcud olan dəmir yolları yenidən müəyyən qaydada fəaliyyətə başlamalı və region ölkələri üçün əlçatan olmalıdır. Hesab edirəm ki, hardasa bu, təhlükəsizlik komponentidir” – deyə  Paşinyan vurğulayıb.

Paşinyanın sözlərinə görə, Yerevan  regionda kommunikasiyanın blokunun açılması məsələsinə anlayışla yanaşır. O, əlavə edib ki, hazırda gələcək yükdaşıma marşrutları məsələsi müzakirə olunur.

Daha çox göstər
Back to top button