
Biz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş 3+3 regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyirik.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirdi.
“Söz Cənubi Qafqaz ölkələri, eləcə də Rusiya Federasiyası, Türkiyə və İran haqqındadır. Təbii ki, biz hesab edirik ki, bu proqramları praktiki proqramlara çevirməyin vaxtı çatıb.
Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün potensial iştirakçılarının maraqlarına uyğundur, onun işə salınması dövlətlərarası münasibətlərdə etimadın artırılmasına, mövcud münaqişələrin həllinə və regionun iqtisadi nəqliyyat potensialının müəyyənləşdirilməsinə kömək edəcək.
Bu format həm köhnə problemlərə, həm də yeni çağırışlara həll yolları təklif edə bilər və təklif etməlidir”,- XİN sözçüsü deyib.







