BaşlıcaSiyasət

ER-ı Artsax xalqının hüquqlarının bərpası və qorunmasında ardıcıl olacaqdır

Ermənistan Artsax xalqının hüquqlarının bərpası və müdafiəsi məsələsində ardıcıl olacaq, onların öz vətənlərində təhlükəsiz və ləyaqətlə yaşamaq hüququnu təmin etmək üçün səy göstərəcəkdir.

Bu haqda ER Xarici işlər nazirinin müavini Vahe Gevorkyan parlamentin daimi komissiyalarının birgə iclasında 2022-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı  bildirib.

Ötən ilin payızında Azərbaycanın Artsaxa və əhalisinə qarşı törətdiyi təcavüzün nəticəsində, eləcə də onun Ermənistanın suveren ərazisinə can atması səbəbindən Ermənistanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri, Ermənistanın və Artsaxın təhlükəsizliyinin təmini, Dağlıq Qarabağın sülh yolu ilə nizamlanması eləcə də, kommunikasiyaların açılması regional sülhü və sabitliyinin  bərqərar olmasıdır.

 “Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəfələrlə ifadə olunub, yəni yeganə beynəlxalq mandata malik ATƏT-Minsk qrupunun həmsədrliyinin himayəsi altında Dağlıq Qarabağın hərtərəfli nizamlanmasına nail olmaq mümkündür.

Bu da özündə,  Artsaxın son olaraq statusunun təstiqi,Artsax ermənilərinin öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüququnun həyata keçirilməsini  əks edir”– deyərək  Gevorkyan qeyd edib.

O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Qarabağ sülh prosesinin bərpasını hazırkı mərhələdə önəmli məsələ hesab edib, həmçinin,  humanitar məsələlərin həllini, o cümlədən hərbi əsirlərin qaytarılmasını, bütün itkin düşmüş şəxslərin repatriasiyasını  və  zor gücüylə itkinlərə qurban getmiş şəxslərin müqəddaratının araşdırılmasını, erməni mədəniyyət irsinin  qorunmasını önəmli hesab edib.

“Ermənistan Artsax xalqının hüquqlarının bərpası, müdafiəsində ardıcıl olacaq, onların öz vətənlərində təhlükəsiz və ləyaqətlə yaşamaq hüququnu təmin etmək  naminə var gücünü əsirgəməyəcək”- deyərək nazir müavini bildirib.

ER diplomatiyasının  önəmlikləri sırasında  Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması və  məhkum edilməsi erməni diplomatiyasının önəmlikləri sırasındadır.

Gevorkyan bir daha təsdiqləyib ki, ER  soyqırımların və insanlığa qarşı cinayətlərin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin səylərinə fəal töhfə verməkdə davam edəcəkdir.

Daha çox göstər
Back to top button