BaşlıcaSiyasət

İHM: “Önəmli problem Azərbaycan hərbçilərinin kəndlərimizdən, yollarımızdan çıxarılmasıdır, buna əsaslarımız var”

Bizim hamımızın önəmli vəzifəsi Azərbaycan silahlı qüvvələrinin və bütün digər hərbçilərin kəndlərimizdən, yollarımızdan çıxarılmasıdır və buna əsaslarımız var.

Bu haqda Ermənistan ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

“1. Kəndlərimizin yaxınlığında, yollarda Azərbaycanın o xidmətləridir  hansılar ki, müharibə zamanı hərbçilərimizə, mülki şəxslərə işgəncə verib qətlə yetirən və buna görə cəzalandırılmayanlardır.

2. Bu təhlükə aradan qalxmayıb. Azərbaycan hakimiyyəti ermənilərə nifrətini və düşmənçilik təbliğatını daha da  dərinləşdirib.

3. Siyasi maraqlar ölkəmizin və hər birimizin təhlükəsizliyinə, ən həyati hüquqlarımıza aid olan bu mühüm məsələlərin həllinə, bizim həyati əhəmiyyətli  huquqlarımıza aid olan gündəlik məsələlərin   mane olmamalıdır.

4. Azərbaycan silahlı qüvvələrinin kəndlərimizin yaxınlığında və yollarda olması erməni əhalisinin həyatının, sərbəst hərəkətinin və digər həyati hüquqlarının kobud və kütləvi şəkildə pozulmasıdır, təhlükəsizliyə real təhlükədir.

5. Odur ki, bizim hamımızın (hər birimizin) önəmli  məsələsi Azərbaycan silahlı qüvvələrini və bütün digər əskərlərin kəndlərimizdən, yollarımızdan çıxarmaqdır və buna bizim əsaslarımız var.

Bu, daha çox azərbaycanlıların ölkəmizə soxulmasına aiddir.Onlar  həmçinin özlərinin cinayətkar əməllərinə görə  cəzalanmalıdır.

6. Qalan hər şey ikinci dərəcəlidir, qalan hər şey aşağıdır”.

Daha çox göstər
Back to top button