
Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sammitin keçirilməsi müəyyən mərhələdə zəruri olacaq, lakin bunun üçün hər üç tərəfin razılığı lazımdır. “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşündə bildirib.
“Şübhəsiz ki, müəyyən mərhələdə belə təmaslar zəruri olacaq. Onların mümkün olması üçün hər üç tərəfin razılığı və hazırlığı lazımdır”, – deyə o deyib.







