BaşlıcaBeynəlxalq

Zaxarova: “Rusiya öz öhdəliklərinə ciddi yanaşır”

Mariya Zaxarovanın sözlərinə görə, ikitərəfli istiqamətdə müvafiq məsləhətləşmələr aparılır.

Bu gün Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Rusiya arasında 1997-ci ildə imzalanmış ikitərəfli sazişi və KTMT mexanizmlərini şərh edərkən bildirib ki, Rusiya həm ikitərəfli, həm də çoxtərəfli öhdəliklərinə ciddi yanaşır.

“İkitərəfli istiqamətdə müvafiq məsləhətləşmələr aparılır. KTMT-yə gəlincə, bizdə olan məlumata görə, onlar Ermənistan-Azərbaycan sərhədində hökm sürən vəziyyəti diqqətlə izləyirlər” – deyərək Zaxarova bildirib.

Xatırladaq ki, noyabrın 16-da saat 13:00 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Ermənistan Respublikasının Şərq sərhədi istiqamətində növbəti təxribata başlayıb, Ermənistanın mövqelərini atəşə tutub.

Bundan sonrasa məlum olduğu kimi  yerli döyüşlər başladı.

Daha çox göstər
Back to top button