BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan nümayəndələrinin görüşləri böhrandan qaçınmaq üçün fürsətdir

Böhrandan qaçınmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında görüşlər  müntəzəm olaraq keçirilməlidir. Bu gün canlı yayımda medianın suallarını cavablandıran ER Baş naziri Nikol Paşinyan deyib.

ER Baş nazirinin Brüsseldə keçiriləcək görüşdən hansı gözləntiləri var -sualına Paşinyan deyib ki, görüş zamanı humanitar məsələlər, əsirlərin vətənə dönüşü məsələsi müzakirə olunacaq.

Paşinyanın sözlərinə görə, həm dekabrın 15-də, həm də noyabrın 26-da keçiriləcək görüşlər bu yaxınlarda elan edilib, lakin hazırlıq işləri daha əvvəl aparılıb.

“Biz bütün platformalardan istifadə edəcəyik” – deyən Baş nazir Ermənistanın danışıqlara və qarşılıqlı anlaşılan həll yollarını axtarmağa hazır olduğunu bildirib.

Daha çox göstər
Back to top button