BaşlıcaSiyasət

ER müdafiə naziri ABŞ səfiri ilə sərhəd vəziyyətini müzakirə edib

ER müdafiə naziri Suren Papikyan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.

Görüş zamanı tərəflər sərhəd vəziyyəti və təhlükəsizlik məsələləri ilə bağlı məsələləri müzakirə etdilər. Müdafiə naziri sərhəd zonasında mövcud vəziyyəti, Ermənistan tərəfinin problemlərin həllinə yanaşmalarını təqdim edib.

Səfir Amerika tərəfinin gərginliyin azaldılmasına, problemlərin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edərək ABŞın ATƏT-in Minsk Qrupu çərçivəsində rolunu və bu istiqamətdəki proseslərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər müdafiə sahəsində Ermənistan-Amerika əməkdaşlığı ilə bağlı bir sıra məsələləri də müzakirə ediblər.

Daha çox göstər
Back to top button