BaşlıcaSiyasət

Əsirlərin dərhal azad edilməsi prioritet məsələdir: Karen Andreasyan AŞ nümayəndələri ilə görüşüb

ER-nın ədliyyə naziri Karen Andreasyan Avropa Şurasının Yerevan ofisinin nümayəndələrini qəbul edib.

Nazir ilk növbədə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin dərhal azad edilməsi məsələsinə toxunub. Andreasyan AİHM-in Azərbaycana qarşı çıxardığı, 44 günlük müharibə nəticəsində əsir götürülmüş və hələ də Azərbaycanda həbsdə olan insanlara aid qərarlarının icrasının vacibliyini vurğulayıb.

İclasda AİHM-in Qərarların İcrası Şöbəsinin rəhbəri Pavlo Puşkar AİHM qərarlarının icrasında Ermənistan Ədliyyə Nazirliyinin rolunu təqdim edib.

AŞ Yerevan ofisinin rəhbəri insan hüquqlarının müdafiəsi sahəsində aparılan işləri vurğulayıb. Martina Şmidt əməkdaşlığa görə nazirə təşəkkürünü bildirib.

Daha çox göstər
Back to top button