Siranuş Sahakyan: Azərbaycanda erməni əsirlərin sayı təsdiqlənəndən 80 nəfər çoxdur

Azərbaycan erməni əsirlərinin sayını gizlədib. Noyabrın 16-da baş verən insidentdən əvvəl Azərbaycanda 40 hərbi əsir olduğu təsdiqlənmişdi, amma bu rəqəm real deyil.
Ən azı daha 80 nəfər əsir saxlanılır, lakin Azərbaycan onların ələ keçirilməsini rəsmiləşdirməkdən imtina edir. Bu günə kimi onların taleyi ilə bağlı heç bir məlumat yoxdur, onlar saxlanılır və ya öldürülüb.
Bu barədə dekabrın 10-da müzakirələr zamanı AİHM-də erməni hərbi əsirlərin maraqlarının təmsilçisi Siranuş Sahakyan bildirib.
“12-13 əsirdən söhbət gedirdi, videogörüntüləri araşdıranda onların sayının daha çox olduğu qənaətinə gəlmək olar. Bütün halları araşdırmadan, erməni tərəfi rəqəmləri rəsmən təqdim edə bilməz”,-deyə qeyd etdi ki, Azərbaycan da 16 noyabr hadisəsi nəticəsində əsir düşənlərin sayını hələlik təsdiqləməyib.
Sahakyanın sözlərinə görə, hüquq müdafiəçilərinin araşdırmaları nəticəsində 32-33 hərbçinin əsir götürüldüyü məlum olub.







