BaşlıcaSiyasət

Nikol Paşinyan Ermənistan-Azərbaycan dəmir yolunun nə vaxt bərpa olunacağından danışıb

Tbilisidə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpa edilməsinin mümkünlüyünü bildirib.

“Bildirmək istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putinin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyilə keçirilmiş görüşlərin nəticələrinə əsasən, avtomobil əlaqəsinin bərpası ilə bağlı Azərbaycanla razılığa gəlmək imkanı yaranıb”, – Paşinyan deyib.

O bunu Tbilisidə ticarət-iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında səsləndirib.

“Əgər Ermənistanın Azərbaycanla yol əlaqəsinə dair razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək”, – deyib.

Paşinyan xatırladıb ki, dəmir yolu əlaqəsinin bərpası ilə bağlı İlham Əliyevlə prinsipial razılıq əldə olunub. “Söhbət Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq”.

Baş nazir qeyd edib ki, regionda dəmir yolunun inkişafı Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcək, ticarət münasibətlərinin fəallaşmasına səbəb olacaq.

Daha çox göstər
Back to top button