BaşlıcaEkonomika

Baş nazir “Wildberries” şirkətinin baş direktorunu qəbul edib

Baş nazir Nikol Paşinyan Rusiyanın “Wildberries” şirkətinin baş direktoru Tatyana Bakalçuku qəbul edib

“Wildberries”in ölkəmizdəki fəaliyyətini alqışlayan Baş nazir qeyd edib ki, Ermənistan hökuməti iqtisadiyyata investisiyaların cəlb edilməsini, investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasını prioritet məsələ hesab edir və bu sahədə aparıcı şirkətlərin inkişaf proqramlarını dəstəkləməyə hazırdır.

Tatyana Bakalçuk əməkdaşlığı səmərəli qiymətləndirib, bunu həm erməni məhsullarının satışının, həm də Wildberries vasitəsilə Ermənistandan elektron ticarətin həcminin artması sübut edir.

O həmçinin qeyd edib ki, gələn il “Wildberries” şirkəti Ermənistanda irimiqyaslı investisiyalar yatırmağı, yeni logistik və regional mərkəz tikməyi planlaşdırır.

Baş nazir bir daha “Wildberries”-in inkişaf planlarını alqışladı və Hökumətin öz alətləri ilə yeni investisiya layihələrinin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bir daha təsdiq etdi.

Daha çox göstər
Back to top button