BaşlıcaSiyasət

Valeri Pekres Əliyevin bəyanatından sonra hökuməti DQ-a səfəri ilə bağlı fəaliyyətsizlikdə ittiham edib

Fransanın sağ mərkəzçi Respublikaçılar partiyasından prezidentliyə namizəd olan  Valeri Pekres Azərbaycan prezidenti İlham Əliyevin dekabrın sonunda Dağlıq Qarabağa səfəri ilə bağlı verdiyi bir sıra bəyanatlara görə ölkəni fəaliyyətsizlikdə ittiham edib. Bu haqda RİA Novosti “Europe 1” radio stansiyasına  istinadən  məlumatlandırıb.

“Mən respublikanın prezidentliyinə namizədəm. Mən də məndən əvvəl bir çox fransızlar kimi Dağlıq Qarabağ bölgəsinə getmişdim…

Bu, Ermənistanla Azərbaycan arasında mübahisələrə səbəb olan bir regiondur. Mən ora nə baş verdiyini görmək üçün getdim. ..

Azərbaycan prezidenti çox sarsıdıcı açıqlama verib: “Əgər xanım Pekresin orada olduğunu bilsəydim, onu geri buraxmazdıq”– deyərək Pekres bildirib.

O, vurğulayıb ki, öhdəliklərinin əsasını Şərq xristianlarının problemi təşkil edir və bu baxımdan Ermənistanın müdafiəsi çox vacibdir.

 “Lakin prezidentliyə namizədi dəstəkləməyən hakimiyyətin daş kimi susması qalmaqaldır” – deyərək siyasətçi Əliyevin sözlərinə rəsmi Parisin reaksiyasını şərh edərkən əlavə edib.

Pekres bir müddət əvvəl bəyan etmişdi ki, Azərbaycan prezidentinin təhdid hesab etdiyi bəyanatları ilə bağlı şikayət etmək niyyətindədir.

Azərbaycan prezidenti Pekresin Qarabağa səfərini təxribat adlandırıb və bunun Fransa Prezidenti Emanuel Makrona qarşı yönəldiyini, məqsədinin qarşıdan gələn prezident seçkilərində ermənilərin səsini qazanmaq niyyətində olduğunu qeyd edib.

Daha çox göstər
Back to top button