BaşlıcaSiyasət

“KP”: “ Ermənistanda siyasi məhbus yoxdur və olmayacaq da

Ermənistanda siyasi məhbus yoxdur və olmayacaq da. Bu haqda yanvarın 25-də parlamentdə ənənəvi brifinqlərdə hakim “Kağakatsiakan paymanagir” partiyasının üzvü Vahaqn Hovagimyan bildirib.

Hakim “Kağakatsiakan paymanagir”  partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan da öz növbəsində qeyd edib ki, müxalifətin ölkədəki həbslərlə bağlı fikirləri eynidir.

“Ya bu həbslər siyasi təqibdir, ya da məlum olur ki, saxlanılan və ya həbs edilən şəxsin səhhətində müəyyən problemlər var.

Bu əsasda müxalifət vəsatətlər təqdim edir bunula da həbs-qətimkan tədbirinin dəyişdirilməsinə cəhd edir” – deyə ER  Baş naziri Nikol Paşinyan izah edib.

Deputatın sözlərinə görə, siyasi məhbuslar əvvəlki iqtidarın dövründə olub, indi onun nümayəndələri müxalifətdədir.

Daha çox göstər
Back to top button