
Türkiyənin “İnternethaber” saytının məlumatına görə, türk jurnalist Cem Küçük bəyan edib ki, İran Türkiyə ilə Ermənistanın yaxınlaşmasından narahatdır, buna görə Türkiyədə qaz nəqlini dayandırıb ki, bu da xaosa səbəb olub.
“Sabah” qəzetinin jurnalisti Dilek Güngör Türkiyə və İran prezidentlərinin son telefon danışığından sonra İrandan gələn qaz kəmərindən Türkiyəyə bir qədər qazın daxil olduğunu vurğulayıb.







