BaşlıcaSiyasət

Ermənistan Antalya Forumunda iştirakla bağlı hələ qərar verməyib

Ermənistan hələ ki, Antalya Diplomatik Forumunda iştirakla bağlı qərar qəbul etməyib.

Bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə Federal naziri Aleksandr Şalenberqlə birgə mətbuat konfransı zamanı bəyan edib.

“Mən və Ruben Rubinyan Antalya tədbirində iştirak etmək üçün dəvət almışıq. Ermənistan Xarici işlər nazirliyi hələlik bununla bağlı qərar qəbul etməyib, məsələ müzakirə olunur” – deyərək nazir Mirzoyan bildirib.

O, qeyd edib ki, səfər baş tutarsa, onda bunu Ermənistan-Türkiyə ikitərəfli münasibətləri kontekstində nəzərdən keçirmək lazım deyil.

Daha çox göstər
Back to top button