BaşlıcaSiyasət

Rusiya erməni əsirlərinin vətəninə qaytarılmasını alqışlayıb

Rusiya fevralın 7-də Azərbaycan tərəfindən 8 hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Təbii ki, Ermənistan-Azərbaycan münasibətlərinin bu problemli məsələsini ən qısa zamanda həll etməsi, eləcə də əsirlərin mübadiləsini “hamı hamıya qarşı” prinsipi  ilə həll etməsi çox vacibdir”,- deyə Zaxarova bildirdi.

Zaxarova qeyd edib ki, “2020-ci il dekabrın 2-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər, Ermənistan tərəfinə 127, Azərbaycan tərəfinə isə 19 nəfər təhvil verilib”.

“Şübhəsiz ki, biz münaqişə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün səy göstərməyi vacib hesab edirik. Biz buna həm milli səviyyədə, həm də ATƏT-in Minsk qrupunun həmsədri ölkə kimi öz töhfəmizi verəcəyik”, – o deyib.

Daha çox göstər
Back to top button