Müxtəlif sahələrdən şirkətlərin daxil olduğu iri Rusiya biznes missiyası fevralın 24-25-də Ermənistanda olacaq. Məlumatı Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Anna Donçenko “Sputnik Armenia” Beynəlxalq Multimedia Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Səfəri nazir müavinləri Aleksey Qruzd və Narek Teryan səviyyəsində Rusiyanın Sənaye və Ticarət Nazirliyi və Ermənistan İqtisadiyyat Nazirliyi təşkil edir. Biznes missiyası dəyirmi masalar keçirəcək, istehsalatlarda görüşlər keçirəcək.
Fevralın 27-də qubernator Nikolay Lyubimovun başçılığı ilə Ryazan vilayətindən Yerevana böyük biznes missiyası gələcək.
Sərgi İYerevandakı “Meridian” Ekspo Mərkəzində açılacaq və iki ay davam edəcək.
“Biz hər iki istiqamətdə əlaqələrin qurulmasını təşviq etmişik. Bu yaxınlarda biz erməni və çeçen iş adamlarının iştirakı ilə videokörpü təşkil etdik. Ermənistan nümayəndə heyətinin Çeçenistana gedəcəyi ilə bağlı razılıq əldə olunub” – deyə Donçenko əlavə edib.







