
ABŞ-ın Qlendeyl şəhərində yeni muzey və mədəniyyət mərkəzinin tikintisinə başlanılıb. Bu layihə haqqında Glendəki rməni icmasının onilliklər boyu arzuladı. Məlumatı “Glendale News-Press” yayıb.
“Abc7” bildirdi ki, yaxın vaxtlarda orada ermənilərin tarixi, eləcə də onların nailiyyətlərini təqdim edən muzey açılacaq: “Bu, tezliklə hamımız üçün reallığa çevriləcək arzuya doğru bir addımdır,- deyə Glendelin meri Pola Dyevayn bildirdi.
Muzey Kolorado Bulvarında yerləşir. Bu muzey, Amerikada yaşayan ermənilər üçün onların irsinin təqdim olunacağı yeni bir evə çevriləcək və başqalarına ABŞ-dakı erməni icmasının nələr yaşadığını anlamaq imkanı verəcək.
Muzeyda daimi və müvəqqəti, o cümlədən Osmanlı İmperiyasında 1915-ci ildə Erməni Soyqırımına həsr olunmuş sərgilər keçiriləcək.
“Bu yerdə Erməni soyqırımı qurbanlarının xatirəsi daim anılacaq. O, həm də hər il buraya gələn gənclər üçün təhsil mərkəzi kimi xidmət edəcək”,- deyə Erməni-Amerika muzeyinin İcraçı direktor Şant Sahakyan bildirdi. Muzey ilk növbədə erməni mədəniyyətinin və yaradıcı düşüncəsinin nümayəndələri üçün platformaya çevriləcək. Bu muzeyin açılması 2024-cü ildə nəzərdə tutulur.







