
Martın 10-da “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölmələrindən birinin hərbi qulluqçuları fərdi və qruplarla təlim-məşqlər keçiriblər.
Müdafiə Nazirliyi bildirdi ki, qrupun hücumun müdafiəsi zamanı “dairəvi” koordinasiyalı hərəkətləri işlənib.
Hərbi qulluqçular şərti düşmənin olduğu yerə daxil olub, müqaviməti zərərsizləşdirib və lazımi sənədləri götürüblər.







