Rusiya Prezidenti Vladimir Putin cümə axşamı və cümə günləri Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb, həmsöhbətlər Qarabağdakı təmas xəttindəki vəziyyəti müzakirə ediblər.
Rusiya Prezidenti Vladimir Putin cümə axşamı və cümə günləri Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb, həmsöhbətlər Qarabağdakı təmas xəttindəki vəziyyəti müzakirə ediblər.
TASS xəbər verir ki, bu haqda RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, jurnalistlərə açıqlamasında deyib: “Qarabağda təmas xəttindəki vəziyyət müzakirə olunub”.
Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, Paşinyan və Putin arasında telefon danışığı olub, söhbət zamanı “Dağlıq Qarabağda Rusiya Federasiyası sülhməramlı qüvvələrinin məsuliyyət zonasına soxulduqdan sonra yaranmış vəziyyət müzakirə olunub.”
Ermənistanın B aş naziri vəziyyəti gərgin adlandırıb, Rusiya sülhməramlılarının Azərbaycan silahlı qüvvələrini ilkin mövqelərinə qaytarmasının vacibliyini vurğulayıb.







