ArtsaxBaşlıca

Artak Beqlaryan: “Xromort və Faruxdan 200-ə yaxın uşaq, qadın və qoca təxliyə edilib”

Artsax Respublikasının dövlət naziri Artak Beqlaryan Sosial İnkişaf və Miqrasiya nazirliyinə evakuasiya edilmiş ailələrin ehtiyaclarını tez bir zamanda qiymətləndirməyi və Xramort və Farux sakinlərinin (200-ə yaxın uşaq, qadın və qoca) təxliyəsindən sonra ilkin yardım göstərməyi tapşırıb.Bu haqda Artak Beqlaryan öz Facebook səhifəsində yazıb.

“Görülən işlərlə bağlı tez-tez sorğular apardıqları üçün nəzərinizə çatdırım ki, bu günlərdə müxtəlif dövlət qurumları vəziyyətdən irəli gələn məsələlərin həlli istiqamətində öz işlərini görürlər.

 Mən dəfələrlə Xramort icmasında olmuşam, onlarla əlaqə saxlayıram. Rayon icra hakimiyyəti başçılarına və səlahiyyətli nazirlərə müvafiq tapşırıqlar verirəm.

Əvvəla, Xramort və Farux sakinləri (200-ə yaxın uşaq, qadın və qoca) təxliyyə edildikdən sonra Sosial İnkişaf və Miqrasiya nazirliyinə tapşırmışam ki, vəziyyətin operativ qiymətləndirilməsini həyata keçirsin. Artıq ərzaqla bağlı müəyyən məbləğdə dəstək verilib. Biz yaxın gələcəkdə əlavə dəstəkdən istifadə edəcəyik” – deyə Artak Beqlaryan bildirib.

Hökumətlə əməkdaşlıqda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) yardım, o cümlədən maliyyə yardımı göstərir və lazım gələrsə, hökumət köçkünlərin kəskin problemlərinin aradan qaldırılması üçün onlara maliyyə yardımı göstərəcəkdir.

Ehtiyacların qiymətləndirilməsinin nəticələrinə əsasən səlahiyyətli orqanlara tapşırılıb ki, Xramort və Faruxdan təxliyə edilmiş imkansız ailələr vəziyyət aradan qaldırılana və öz evlərinə qaytarılana qədər onları müvəqqəti sığınacaqlarla təmin etsinlər. Köçkün uşaqların təhsilinin düzgün təşkili istiqamətində işlər davam etdirilir.

Kənd Təsərrüfatı nazirliyi heyvanların mühafizəsi, yemlə təmin olunması istiqamətində tədbirlər həyata keçirir.

“Digər istiqamətlərdə, o cümlədən vətənin müdafiəsinə dəstək baxımından bir sıra işlər görülüb və edilir ki, bu barədə səlahiyyətli orqanlar ayrıca dərclər edəcəklər” – deyərək Artsax dövlət naziri qeyd edib.

Daha çox göstər
Back to top button