
Ermənistan Respublikasının keçmiş Ombudsmanı Arman Tatoyan facebook-da xəritələrin şəkilləri paylaşaraq yazdı ki, bu xəritələr 44 günlük müharibə zamanı Azərbaycan hərbçilərinin əlində tapıldı.
“Aydın şəkildə görünür ki, Ermənistanın əhəmiyyətli bir hissəsi (Syunik, Geğarkunik və s.) tarixi faktların aşkar saxtalaşdırılması ilə tarixi Azərbaycan kimi təqdim olunur. Hətta toponimləri Azərbaycan dilindədir. Məsələn, “Rusiya imperiyası dağılanda Azərbaycanın ərazisi 130 min km idi, 1918-1920. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min km idi. SSRİ-də ermənilərə 10,9 min kvadrat kilometr verildi. Gürcüstana müxtəlif vaxtlarda 9,5 min km, yəni müxtəlif dövrlərdə 27,4 min kvadrat kilometr verilib. Bunlar guya ki, qalan əraziləri “azad etməyə” gəliblər”,- deyə Tatoyan yazdı.

Keçmiş Ombudsman qeyd etdi ki, Azərbaycanda kitablarda ermənilərə qarşı dərin nifrəti alovlandıran ifadələr də varı – “Bu vətən mənimdir, sənindir, bizimdir”, “Şərəfli vətəndaş rəmzlərin təhqir olunmasına dözməməlidir”, “Rəmzlər ölkənin şərəf, ehtiram və ləyaqəti kimi qorunmalıdır”, “bütün rəmzlər müqəddəsdir”.

“Bu, Azərbaycan hakimiyyətinin təbliğatıdır, illər boyu davam edən siyasətidir, bu isə o ölkədə nəsillər boyu ermənilərə qarşı etnik və dini nifrəti institusional sistemi formalaşdırıb. Bütün dövrlərdə Azərbaycanda insanlığa qarşı hərbi cinayətlərin əsas səbəbləri bunlardır”.”,- deyə Tatoyan bildirdi.







