Başlıcaİctimaiyyət
Ermənistanda ilk dəfə “Orion Summit 2022” texnologiya sammiti keçiriləcək

Ermənistanda ilk dəfə “Orion Summit 2022” texnologiya sammiti keçiriləcək. Tədbir iyunun 27-də Matenadaranda baş tutacaq.
“Orion Summit 2022” Yerevanda texnologiya şirkətlərin təsisçilərini bir platformada bir araya gətirəcək, onlar gənc startaplara öz uğur hekayələrini təqdim edəcəklər.
Sammit zamanı ümumerməni intellektual, texnoloji, kommersiya və mədəni qüvvələri birləşdirən təşəbbüs olan “Digital Culfa Network” barədə elan edilməsi planlaşdırılır.
“Orion Summit 2022” çərçivəsində həmçinin əmək yarmarkası keçiriləcək və bu sərgi zamanı 15-dən çox texnologiya şirkəti gənc mütəxəssislərə keyfiyyətli iş təklif edəcək.







