
ATƏT Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının himayəsi altında görüşünü alqışlayır
Bu barədə Polşa Respublikasının ATƏT yanında daimi nümayəndəliyi tviter hesabında yazıb.
Qeyd edilir ki, ATƏT tərəflər arasında mümkün sülh razılaşması istiqamətində prosesin başlanması, eləcə də Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik İsveçdən Polşaya keçib.
🇵🇱 @OSCE Chairmanship welcomes the meeting of the leaders of 🇦🇲&🇦🇿 under the aegis of @eucopresident and launching of the process toward the possible peace agreement. The CiO stands ready to assist in all efforts to ensure a stable and peaceful environment in the South Caucasus.
— Polish OSCE Chairmanship 2022 (@PLinOSCE) April 7, 2022







