BaşlıcaSiyasət

Paşinyan: “ER Azərbaycanın nəzarəti altında olan əraziləri var: Bu məsələlər danışıqlar yolu ilə həll edilməlidir”

Brüsseldə keçirilən görüşdə aprelin sonunadək Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə qərar qəbul edilib. Bu haqda  ER Baş naziri Nikol Paşinyan aprelin 7-də hökumət iclası zamanı  deyib.

“Bu komissiyanın ikili mandatı olacaq. Birincisi, demarkasiya işinin özü, ikincisi, sərhəddə təhlükəsizliyin və sabitliyin təmin edilməsidir.

Bu mövzuda müzakirələr, o cümlədən RF vasitəçiliyi ilə  1 ilə yaxındır ki, davam edir və sonda belə bir kompromis qərarına gəldik.

Bilirsiniz ki, Ermənistanın Azərbaycanın nəzarətində olan əraziləri var, Azərbaycanın Ermənistanın nəzarətində olan əraziləri var və hüquqi əhəmiyyət kəsb edən faktlarla bu məsələlər danışıqlar yolu ilə, təbii ki, de-yure əsaslandırılmış protokollar əsasında həll edilməlidir.

Rusiya və Avropa Birliyi demarkasiya və delimitasiya  işini dəstəkləməyə hazır olduqlarını bildiriblər və biz bu istiqamətdə irəliləməliyik”- deyərək  Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın mövqeyi ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında de-yure sərhəd var və bu, sovet dövründə mövcud olan sərhəddir.

 Bu protokolla demarkasiya işlərinə başlanılmalı və təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün paralel tədbirlər görülərək həllərin tapılmasına çalışılmalıdır.

Ermənistan xəbərləri-NEWS.am-in daha əvvəl verdiyi məlumata görə, Brüsseldə Nikol Paşinyan, Avropa Şurasının  rəhbəri  Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Görüşün nəticəsi olaraq 2021-ci il noyabrın  26-da  Soçidə əldə olunmuş razılaşmaya əsasən, aprelin sonunadək Ermənistanın və Azərbaycan arasında sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya yaradılacaq.

Nikol Paşinyan və Azərbaycan prezidenti Xarici işlər nazirlərinə iki ölkə arasında sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

Daha çox göstər
Back to top button