BaşlıcaSiyasət

ABŞ dövlət katibi İlham Əliyevlə Ermənistanla sülh danışıqlarının gedişatını müzakirə edib

Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar.

Daha çox göstər
Back to top button