ArtsaxBaşlıcaSiyasət

Münaqişə həll olunmasına qədər Rusiya sülhməramlıları Artsaxda qalacaqlar: Arstax XİN

Artsaxla Azərbaycan arasında münaqişənin hərtərəfli həllinə qədər Rusiya sülhməramlıları regionda qalacaq. Bu da 10 hətta 20 il ərzində həll olunmayacaq. Bunu Artsax Respublikasının xarici işlər naziri Davit Babayan ” NEWS.am”-a müsahibəsində bildirdi.

Nazir qeyd etdi ki, Azərbaycan həm Artsax ermənilərə, həm də Rusiyaya qarşı hamişə aydın mövqeyi olub.

“Onlar başa düşürlər ki, Rusiya sülhməramlılarının regionda mühüm funksiyası və missiyası var. Nə qədər ki, Rusiyanın sülhməramlı missiyası var, Artsax da var. Lakin Artsaxın mənimsənilməsi Azərbaycan üçün əsas məsələdir. Bunu necə etmək olar? Bu proqramı həyata keçirməyin ən qısa yolu burada Rusiya sülhməramlılarının olmamasıdır. Bundan sonra yeni müharibə, qan, soyqırım, qırğın olacaq. Bu baxımdan biz həmişə Rusiyanın sülhməramlı missiyasının rolunu yüksək qiymətləndirdik.

İnanırıq ki, bu missiya sabitliyin və sülhün qorunması üçün bundan sonra da hər şeyi edəcək. Bundan başqa, Rusiya regionda sülh və sabitlik üçün tarixi məsuliyyət daşıyır”, – deyə Babayan bildirib.

Daha çox göstər
Back to top button