
Baş nazir Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarının Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.
Hökumətdən verilən məlumata görə, Baş nazir Ermənistan-Amerika əməkdaşlığının və strateji dialoqun intensivləşdirilməsini, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın aydın mövqeyini gücləndirməyi və bunun da regional sabitliyə töhfə verməsini qeyd edib.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti sülh gündəmini rəhbər tutur və beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-ın davamlı dəstəyini yüksək qiymətləndirir.
Linn Treysi verdiyi qiymətə görə Baş nazirə təşəkkür edib, ABŞ-ın ölkəmizdə aparılan demokratik islahatlara, Dağlıq Qarabağ münaqişəsinin həllinə və regional sabitliyin bərqərar olunmasına dəstəyini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Bu kontekstdə Linn Treysi ER Baş nazirinin bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə apardığı telefon danışığını xatırladıb.
Həmçinin ABŞ tərəfi ER-in ABŞ-dakı səfiri Lilit Makuntsun fəallaşması üçün göstərdiyi səylərdən məmnunluğunu ifadə edib.
Həmsöhbətlər Ermənistan-Amerika münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.







