ArtsaxBaşlıcaTəhlil

Artsax gözləməyə hazırdır: Status məsələsi geosiyasi maraqların kəsişməsində

Son günlərdə Ermənistan, Azərbaycan, Türkiyə və Rusiya Artsaxla bağlı bəyanatlar veriblər. Hər kəs öz maraqlarını rəhbər tutaraq Qarabağ münaqişəsindən danışdı. Rusiya ATƏT-in Minsk Qrupunun ləğvindən danışıb, Türkiyə və Azərbaycan qondarma “Zəngəzur dəhlizi”ndən danışıb və yalnız Ermənistan regionda sülh və sabitliyə sadiqliyini bir daha bəyan edib.

Ekspertlər hesap edirlər ki, hazırdı mərhələdə geosiyasi vəziyyətə görə istənilən proqnoz qısamüddətlidir.

Türkiyə-Azərbaycan tandemi artıq gizlətmir ki, 44 günlük müharibə zamanı tərəflər birgə və koordinasiyalı şəkildə hərəkət ediblər. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, Qarabağ məsələsi Azərbaycan və Türkiyənin birgə səyləri ilə həll olunub. Bu kontekstdə o, Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində irəliləyişdən danışıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan buna cavab olaraq qeyd etdi ki, Türkiyənin nizamlanma prosesinin heç bir ilkin şərt olmadan baş tutmalı olduğunu bəyan etməyə baxmayaraq, biz mütəmadi olaraq Ermənistan-Türkiyə nizamlama prosesinin Ermənistan-Azərbaycan prosesləri arasında əlaqə görürük.

“Biz hesap etmirik ki, bu konstruktivdir”,- Mirzoyan qeyd etdi.

Ermənistan Xarici İşlər Nazirliyi də Rusiya XİN rəhbərinin ATƏT Minsk qrupunun fəaliyyət göstərilməməsinə dair bəyanata da toxunub. XİN cavabında Ermənistan və Rusiya liderlərinin bu ilin aprelin 19-da verdiyi birgə bəyanata istinad olunub.

Ötən 6 gün ərzində Artsax tərəfinin yanaşmaları yenidən Rusiyada təqdim olundu. İyunun 21-27-də Artsaxın xarici işlər naziri Davit Babayan Rusiyada işgüzar səfərdə olub. Davit Babayan Moskvada bir çok görüşlər keçirib.

“Status məsələsi çox çətindir. Ona görə də biz realist olmalı və başa düşməliyik ki, yekun, hərtərəfli həll hələ uzaq gələcəyin işidir. Ona görə də biz hər vasitə ilə Artsaxı qorumalıyıq”,- Davit Babayan vurğuladı.

44 günlük müharibədən sonra dəyişmiş status-kvo formulaları da dəyişdi, bu mərhələdə danışıqlar prosesində istifadə olunan ən sadə sözün belə əsl mənasını anlamaq lazımdır. Regional məsələlər üzrə ekspert Armen Petrosyan qeyd etdi ki, söhbət hüquq və təhlükəsizlikdən gedirsə, bu, heç bir statusu nəzərdə tutmur.

O bildirdi ki, xüsusilə Rusiyaya gəldikdə, onların regionda uzun müddət qalmaq istəyi göz qabağındadır. Bu, Artsaxın statusu məsələsinin gələcəyə buraxılmasının səbəblərindən biridir.

Daha çox göstər
Back to top button