
ABŞ konqresmeni Frank Fallon ABŞ dövlət katibi ilə Azərbaycan prezidenti arasında baş tutan telefon danışığına istinad edərək, özünün “Twitter” səhifəsində yazıb:
“Dövlət katibi Entoni Blinkenin Cənubi Qafqaz məsələlərini öyrəndiyini və Azərbaycanın qeyri-qanuni saxladığı erməni hərbi əsirlərin dərhal azad edilməsinə çağırdığını görmək xoşdur.
ABŞ Azərbaycan qoşunlarının sərhədyanı rayonlardan çıxarılmasına çalışmalıdır və bu sülh prosesinə töhfə verəcəkdir”.







