Başlıcaİctimaiyyət

Çində yeni təhlükəli virus epidemiyası qeydə alınıb

Çinli və Sinqapurlu həkimlər henipavirusun təhlükəli yeni növünün 35 halının aşkar edildiyini açıqlayıblar. Bu barədə Çin KİV-nə istinadən Lenta məlumat yayıb.

Lanya virusu adlandırılan epidemiya Şandunq və Henan əyalətlərində qeydə alınıb. Ən çox xəstələr öskürək, qızdırma, yorğunluq, əzələ ağrısı, ürəkbulanma və baş ağrısı ilə qarşılaşırlar.

Elm adamları hələ də xəstələr arasında əlaqə tapa bilməyiblər, üstəlik onların qohumlarında henipavirus əlamətləri müşahidə edilməyib. Patogenlərin genetik qrupu 18402 nukleotiddən ibarətdir.

 Alimlər deyirlər ki, yeni virus Nipax virusuna bənzəyir, lakin indiyədək heç bir yoluxma halı ölümcül və ya çox ciddi olmayıb.

Bununla belə, elm adamları Lanyanın insandan insana keçə biləcəyini hələ müəyyən etməyiblər. Təbiətdə Lanya virusu ən çox yerüstü quşlarda (xüsusilə siçanlarda) olur. Antikorlar it və keçilərdə də aşkar olunub.

Daha çox göstər
Back to top button