Başlıcaİctimaiyyət

Laçına alternativ: yol nə vaxt hazır olacaq?

Laçına alternativ yolun tikintisi üzrə işlərə başlanılıb. Bu barədə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan məlumat verib. Üç mərhələli tikinti işlərini həyata keçirən “Çanaparh” şirkətinin direktoru Eduard Bezoyan “Radiolur”a tikinti işlərinin gedişi ilə bağlı bəzi təfərrüatları təqdim edib. oNun sözlərincə, əraziyə görə çox çətin yoldur. Bezoyan deyir ki, həmin ərazidə heç bir normalara uyğun gəlməyən və istifadə olunmayan cığır olub və kənd sakinləri ona bitişik ərazidə torpaq əkib.

Ermənistanı Artsaxla birləşdirən yeni yolun Ermənistan ərazisində tikinti işlərini aparan şirkətin direktoru deyir ki, onlar Azərbaycanın Hagar çayı üzərində artıq tikdiyi körpüyə qoşularaq Kornidzordan yan keçəcəklər. Yol Artsaxın Hin Şen qəsəbəsi və Şuşi rayonundan keçərək, kəsilən yola qovuşacaq. Dövlətlərarası yoldan başlayan alternativ yolun ümumi uzunluğu 12 km-dir, körpü və tunellər daxil deyil.

“Çanaparh” şirkətinin baş direktoru deyir ki, intensiv tikinti işləri gedir, hazırda torpaq işləri görülür. “Biz əlimizdən gələni edirik ki, başqa fəsadlar yaranmazsa, ilin sonuna qədər torpaq işlərini başa çatdıraq”, – o əmin edir. Eduard Bezoyanın sözlərinə görə, yazda asfalt örtüyü və yolların abadlaşdırılması işlərinə başlanacaq.

Daha çox göstər
Back to top button