
Ermənistan və Avropa İttifaqı arasında çox geniş əməkdaşlıq çərçivəsi var, 2017-ci ildə imzalanmış yeni Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Sazişi vasitəsilə isə tərəflər bütün sahələrdə əməkdaşlıq etmək imkanı əldə ediblər. Bunu Avropa ittifaqının Ermənistandakə Nümayəndəliyinin rəhbəri Andrea Viktorin bildirdi.
Səfir qeyd edib ki, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Sazişi bir sıra digər müddəaları, məsələn, əqli mülkiyyət hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi ilə bağlı müddəaları da nəzərdə tutur. Bu o deməkdir ki, indi həm erməni şirkətləri, həm də sənət adamları Avropa İttifaqında olduğu kimi Ermənistanda da əqli mülkiyyət hüquqlarının müdafiəsi sistemlərinə arxalana biləcəklər.
“Bundan başqa, biz xidmət ticarətinin açılmasını dəstəkləyirik, bu da ikitərəfli ticarətin icarə/lizinq xidmətləri, məsləhət, mühəndislik, fotoqrafiya, poçt, maliyyə və nəqliyyat xidmətləri sahəsində yeni imkanlara yol açacaq.
Bu o deməkdir ki, erməni şirkətləri Aİ-də xidmət göstərə biləcəklər”,- səfir qeyd etdi.







