BaşlıcaBeynəlxalqMədəniyyət

Ermənistanda beynəlxalq ərğənun festivalı keçiriləcək

Ermənistan Respublikasının Təhsil və Mədəniyyət Nazirliyinin dəstəyi və Milli Kamera Musiqisi Mərkəzinin təşəbbüsü ilə sentyabrın 26-dan noyabrın 6-dək Ermənistanda Vahaqn Stamboltsyan adına beynəlxalq ərğənun festivalı keçiriləcək.

Festival çərçivəsində Yerevan, Kapan və Çarentsavan şəhərlərində 12 konsert proqramı keçiriləcək. Tədbirlərdə Fabio Maçera (İtaliya), Yevgeni Avramenko (Rusiya), Jan-Pierre Stivers (Hollandiya), Lada Labzina (Rusiya), Emmanuel Arakelyan (Fransa) da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış şəxslər çıxış edəcəklər. Onlar həmçinin ustad dərsləri keçirəcəklər.

Festivalın proqramına Komitas və Mikael Tariverdiyevə həsr olunmuş konsertlər də daxildir.

Daha çox göstər
Back to top button