BaşlıcaSiyasət

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Filip Riker Ermənistandadır

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlarda baş müşavir təyin edilmiş səfir Filip Riker Ermənistanda səfərdədir.

Qeyd edək ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib ki,  Filip Riker bu həftə regiona səfər edəcək:

“Bu, onun yeni vəzifədə ilk səfəri olacaq. Hər üç ölkədə o, regiondakı əsas məsələləri müzakirə etmək, həmçinin tərəfdaşlara kömək etmək və regional əməkdaşlıqda konstruktiv iştirak etmək yollarını tapmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcək” – Patel deyib.

Daha çox göstər
Back to top button