BaşlıcaSiyasət

Mirzoyan  frasniyalı senatorlarla regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib

Sentyabrın 28-də ER Xarici işlər naziri Ararat Mirzoyan Fransa Senatının Fransa-Ermənistan Dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Mirzoyan Fransa senatorlarından ibarət nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb, erməni-fransa dostluğuna və həmrəyliyinə göstərilən davamlı sadiqliyi yüksək qiymətləndirib.

Həmsöhbətlər Ermənistan-Fransa münasibətləri ilə bağlı bir sıra məsələləri müzakirə ediblər, xüsusən mərkəzləşdirilməmiş Ermənistan-Fransa əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsini aparıblar.

Görüş zamanı regional təhlükəsizlik və sülhlə bağlı məsələlər müzakirə olunub. Nazir Mirzoyan Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı törətdiyi təcavüz nəticəsində yaranmış vəziyyəti fransız senatorlarına təqdim edərək, Fransa tərəfinin məqsədyönlü qiymətləndirmələrini və prinsipial mövqeyini yüksək qiymətləndirib.

Ermənistan Respublikasının xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın şovinist siyasəti, problemləri güc yolu ilə həll etmək cəhdləri və ya güc tətbiq etməklə hədələmək yolverilməzdir və beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə pislənməlidir.

Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib. Fransanın Cənubi Qafqazda, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi sülhün bərqərar olması istiqamətində səyləri vurğulanıb.

Nazir Mirzoyan Fransa-Ermənistan dostluq qrupunun Senatda Dağlıq Qarabağ və Artsax ermənilərinin hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətini də diqqətə çatdırıb.

Daha çox göstər
Back to top button