BaşlıcaBeynəlxalq

Bakıda Fransa ilə mədəni, siyasi və iqtisadi əlaqələrin kəsilməsi təklif olunub

Azərbaycanda dövlət təbliğat mediası, ekspertlər və deputatlar anti-Fransa əhval-ruhiyyəsi yaratmaqda davam edir və noyabrın ortalarında Fransa Senatında Bakının Ermənistana təcavüzünü məhkum edən qətnamənin müzakirəsini səbirsizliklə gözləyirlər.

Bakı bu qətnamənin nəticələrindən kifayət qədər narahatdır. Azərbaycan tərəfinin bildirdiyinə görə, qətnamə layihəsi Bakıya qarşı iqtisadi sanksiyaların tətbiqini və Ermənistanın müdafiə qabiliyyətinin artırılmasını nəzərdə tutur.

Azərbaycan təbliğat mediasının yazdığına görə, bu qətnamə Bakı üçün bir sıra iqtisadi və siyasi təhlükələri ehtiva edir. Xüsusilə, bütün AB ölkələrinə Azərbaycandan neft və qaz idxalını dayandırmağa çağırış var.

Layihədə həmçinin Artsaxdakı ermənilərin “geri qayıtmaq hüquqlarının” təmin edilməsi, Azərbaycanın nəzarətində olan ərazilərdə erməni mədəniyyət  irsinin qorunub saxlanılması, Laçın dəhlizi ilə bağlı müqavilələrin ləğvi kimi tələblər də özünə yer alıb.

Qətnamənin qəbulu Fransanın Ermənistanı müasir silahlarla təmin etməsinə yol aça bilər. Qətnamənin qəbuluna qarşı mübarizə aparmaq üçün Azərbaycan təbliğat maşını imzatoplama təşəbbüsü ilə çıxış edib.

Yerli media da bunu yayır, insanları iştiraka çağırır. Bundan başqa, Fransa ilə münasibətlərə yenidən baxmaq və sanksiyalar tətbiq etmək təklifləri var.

O cümlədən, Milli Məclisin deputatı Tahir Rzayev belə bir təkliflə çıxış edib. “Fransa Prezidentinin, Senatın, siyasətçilərin, deputatların mövqeyi bizə aydındır. Onlar dəfələrlə Azərbaycana qarşı müəyyən qətnamələr qəbul etmək istəyiblər.

 Təəssüf ki, bu gün də ikiüzlü əməllərini davam etdirirlər. Fransaya qarşı sanksiyaların tətbiqi ilə bağlı fikirlər aylarla  bir neçə dəfə dinlənilib.

Bu başa düşüləndir.Fransa, Prezident Emmanuel Makronun rəhbərliyi ilə ermənipərəst mövqe tutdu.Azərbaycan da öz sözünü deməlidir.

Bizim Fransa ilə müəyyən mədəni,siyasi və iqtisadi əlaqələrimiz var,bu əlaqələr kəsilməlidir. Fransaya yenidən baxılmalıdır” – deyə Məclisin deputatı bildirib.

O, qeyd edib ki, əgər Fransa Azərbaycana qarşı neft və qaz embarqosu tətbiq etmək barədə düşünürsə, Avropa ölkələri bunu qəbul etməyəcək.

“Fransa belə bir yola getərsə, Azərbaycana embarqo tətbiq etmək qərarına gələrsə, Azərbaycan hakimiyyəti sözsüz ki, öz fikrini səsləndirəcək.

 Fransanın Azərbaycana qarşı düşmən münasibəti açıq-aydın görünür. Azərbaycan fransız şirkətlərinə qarşı sanksiyalar tətbiq etməlidir. Onların Azərbaycandakı fəaliyyəti məhdudlaşdırılmalıdır. Biz Fransa mallarının alınmasını və ticarət əlaqələrini dayandırmalıyıq” – deyərək  Rzayev bildirib.

Daha çox göstər
Back to top button