BaşlıcaSiyasət

ER XİN-I Belarus prezidentinin bəyanatlarını müttəfiqliyə layiq olmayan kimi qiymətləndirib

Ermənistan Xarici işlər nazirliyi Belarus prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının sonuncu sessiyasında səsləndirdiyi bəyanatlara cavab verib.

“Belarus prezidentinin danışıqların məntiqindən qopmuş və müttəfiqlik-tərəfdaşlıqdan kənar, üzv dövlətin onun çərçivəsində imzaladığı öhdəlikləri şübhə altına alan inadkar bəyanatlarını şərh etməyi yerində hesab etmirik” – deyə jurnalistin sorğusuna cavab olaraq ER XİN mətbuuat katibi Vahan Hunanyan qeyd edib.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası zamanı Aleksandr Lukaşenko bəyan edib ki, KTMT-nin Azərbaycana qarşı çıxması düzgün olmaz.

“İndi məsələ qaldırılır ki,KTMT siz bizimləsiiz yay ox.Digər tərəfdənsə Azərbaycandır, bu düzgün deyil.

Azərbaycana bu gün  müstəsna olaraq  öz adamımız olan İlham Əliyev başçılıq edir

Sabah nə olacaq, bu, belədir o da əbədi deyil, heç kim bilmir ona görə də bu məsələlər indi həll edilməlidir” – deyən Belarus prezidenti vurğuladı ki, həm Azərbaycan, həm də Ermənistan Belarus üçün “yaxın” ölkələrdir və iki ölkə arasında münaqişə tamamilə sülh yolu ilə həll edilməlidir.

Lukaşenko həmçinin bəyan edib ki, Belarus və özü prezident kimi Ermənistan, Azərbaycan və Rusiya arasında razılaşdırılmış istənilən qərarı dəstəkləyəcək.

Daha çox göstər
Back to top button