ArtsaxBaşlıca

Artsaxda dövlətə xəyanət və casusluğa görə ağır cəza təyin edilməsi təklif edilir

Noyabrın 22-də Artsax Respublikası parlamentinin  Dövlət və Hüquq Məsələləri üzrə Daimi Komissiyasının növbəti iclası keçirilib. İclası komissiyanın sədri Sevak Ağacanyan aparıb.

Artsaxın parlamentinin məlumatına görə, gündəliyə “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi daxil edilib.

Əsas məruzəçi, Ədliyyə naziri Jirayr Mirzoyanın sözlərinə görə, müharibə əməliyyatlarında, xüsusən də hərbi vəziyyət şəraitində dövlətə xəyanət və bir ölkə üçün casusluğun ifrat təhlükəsi mövcud qaydalara yenidən baxılmasını və sərt cəzanın tətbiqini zəruri edib.

Müvafiq olaraq, layihədə “Dövlətə xəyanət” və “Casusluq” maddələrində göstərilən cəzanın daha sərtləşdirilməsi təklif edilir.

Qanun layihəsinin qəbulu nəticəsində dövlətə xəyanətə görə on beş ildən iyirmi ilədək ağır cəza və ya ömürlük azadlıqdan məhrum etmə, casusluğa görə isə on iki ildən iyirmi ilədək ağır cəza və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Layihə ilə bağlı Artsax Respublikasının əməkdaşlarının ekspert xidmətindən heç bir tövsiyə verilməmişdir.

Qanun layihəsi müsbət rəylə parlamentin qarşıdan gələn növbəti sessiyasının müzakirəsinə çıxarılacaq.

Artsax Dövlət Nəzarət xidmətinin rəhbəri Mher Abrahamyan “Artsax Respublikasının Dövlət Nəzarəti xidməti haqqında”, “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanun layihələri paketini   məhz  birinci oxunuşda   palamentin baş komitəsinin müzakirəsinə təqdim edib.

Xidmət rəhbərinin sözlərinə görə, qanun layihələri paketinin qəbulu nəticəsində Artsax Respublikasının Dövlət Nəzarəti xidməti tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi, səlahiyyətlərin müəyyən edilməsi və xidmətin funksiyalarını, xidmət işçilərinin sosial təminatları ilə bağlı münasibətləri tənzimləmək, xidmət işçilərinin xüsusi davranış qaydalarını müəyyən etmək olub.

Qeyd olunur ki, qanun layihələri paketinin qəbulu zamanı Artsax Respublikası Dövlət Nəzarəti xidmətinin normal və səmərəli fəaliyyəti, dövlət orqanlarının şəffaf fəaliyyəti, xüsusən də şəffaf maliyyə fəaliyyətinə zəmanət veriləcək.

Parlamentin ekspert xidmətinin rəyinə görə, layihələr paketi ilə bağlı başqa qanun və ya parlament  qərarının qəbuluna ehtiyac yoxdur.Paket komitə tərəfindən təsdiqlənib, o, parlamentin növbəti sessiyasının gündəliyinə daxil ediləcəkdir.

Daha çox göstər
Back to top button