ArtsaxBaşlıcaİdman

Artsaxda Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulmasını qeydə alıb

Dağlıq Qarabağda missiya yerinə yetirən sülhməramlı qüvvələr öz məsuliyyət zonasında atəşkəs rejiminin pozulması ilə bağlı 1 fakt qeydə alıb.

“Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağ silahlı qüvvələrinin Şuşi rayonu ərazisindəki mövqelərini atəşə tutub, nəticədə iki nəfər yaralanıb” .Bu haqda RF Müdafiə nazirliyinin bəyanatında  bildirilib.

Qeyd olunur ki, sülhməramlı hərbi qrupun komandanlığı bu insidentlə bağlı Azərbaycan tərəfi ilə birgə araşdırma aparır.

Noyabrın 28-i axşam saatlarında Artsaxın Müdafiə Ordusu Azərbaycan tərəfinin Qərb istiqamətində atəşkəs rejimini pozması, nəticədə iki hərbçinin yaralanması barədə məlumat yayıb.

Rəsmi Stepanakert  atəşkəs rejiminin pozulması barədə Rusiya Federasiyasının sülhməramlı qoşunlarının komandanlığına məlumat verib.

Daha çox göstər
Back to top button